ABŞ Prezidenti Donald Tramp özünə məxsus "Truth Social" sosial şəbəkəsində İran rəhbərliyinə qarşı növbəti sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri Tehranın nüvəsiz statusla bağlı saziş imzalamaq bacarığının olmadığını qeyd edərək, onları daha "ağıllı" davranmağa çağırıb. "İran heç cür özünü ələ ala bilmir. Onlar qeyri-nüvə statusu üzrə razılaşmanı necə imzalayacaqlarını bilmirlər. Yaxşı olar ki, tezliklə ağıllansınlar!" - deyə Tramp qeyd edib. Prezidentin paylaşımına əlavə olunan və Süni İntellekt tərəfindən yaradılmış fotoşəkil xüsusi diqqət çəkib. Şəkildə Donald Tramp əlində avtomat, arxa fonda isə güclü partlayışlar təsvir olunub.
Fotonun üzərində isə "Daha "yaxşı oğlan" (good guy) olmayacaq!" sözləri yazılıb. Bu paylaşım Vaşinqtonun İrana qarşı daha sərt və güzəştsiz bir hərbi-siyasi xətt yürüdəcəyinin nümayişi kimi qiymətləndirilir. Ekspertlər Trampın bu ritorikasının regionda hərbi gərginliyi daha da artıra biləcəyini və diplomatik yolların tamamilə qapanması riskini yaratdığını bildirirlər. ABŞ administrasiyası hələlik bu paylaşımın rəsmi hərbi doktrina ilə əlaqəli olub-olmaması barədə əlavə şərh verməyib. Bununla belə, sosial mediada bu foto və bəyanat artıq böyük müzakirələrə və qarşıdurma gözləntilərinə səbəb olub.
Musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта