RU

Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Aprelin 29-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülür.

Избранный
88
13
yeniazerbaycan.com

10Источники