RU

Yeni rütbə alan Hacı Əliyev özünə təntənəli ad günü etdi - VİDEO

Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə 35 yaşını təntənəli surətdə qeyd edib.

Ölkə.Az xəbər verir ki, bu yaxınlarda mayor rütbəsi alan idmançının ad gününə idman və sənət camesəsindən çox sayda tanınmış şəxslər qatılıb.

Onun ad günü məclisində iştirak edənlər arasında Xalq artisti Alim Qasımov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, karateçi Rafael Ağayev və s. şəxslər yer alıb.

H.Əliyev doğum günü münasibətilə olimpia halqaları fomasında hazırlanmış tort kəsib.

Qeyd edək ki, aprelin 15-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev H.Əliyevə mayor rütbəsi verib.

Billurə

Избранный
83
olke.az

1Источники