RU

Trampın reytinqi dibə düşür Səbəblər məlumdur

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın reytinqi hazırkı səlahiyyət müddəti ərzində rekord səviyyəyə enərək 34%-ə düşüb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi 27 apreldə başa çatan dörd günlük sorğuya əsasən məlumat yayıb.

Bu, 15-20 aprel tarixlərində keçirilən sorğu zamanı qeydə alınan əvvəlki 36%-lik minimum göstəricidən də aşağıdır. 2025-ci ilin yanvarında vəzifəyə başlayanda Trampın reytinqi 47% idi.

Agentlik qeyd edir ki, ABŞ və İsrailin İrana qarşı müharibəyə başlaması, eləcə də benzin qiymətlərinin kəskin şəkildə artması 28 fevraldan sonra Prezidentin reytinqini durmadan aşağı salıb. Trampın iqtisadi siyasəti də narazılığa səbəb olub: hazırda respondentlərin yalnız 22%-i onun iqtisadiyyatla bağlı hərəkətlərini müsbət qiymətləndirir.

Yanvar ayının sonunda Trampın reytinqi 38% olub, hansı ki, həmin ayın ortalarında bu, 41% idi. O dövrdə azalma Ağ Evin immiqrasiya siyasətindən narazılıqla əlaqələndirilirdi: Amerikalıların 39%-i prezidentin bu sahədəki hərəkətlərini bəyənirdi, 53%-i isə narazı idi. Respondentlərin təxminən 58%-i ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərinin tədbirlərini pisləmişdi.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
azpolitika.info

1Источники