RU

Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.

Bu barədə AFFA-dan məlumat verilib.

Yığma bu məqsədlə aprelin 30-da paytaxtda təlim-məşq toplanışına başlayacaq.

Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq. Komanda Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

U-16 mayın 6-da, saat 17:00-da Litva, 8-də, eyni saatda Rumıniya, 11-də saat 12:00-da isə Gürcüstanla üz-üzə gələcək.

"Cebheinfo.az"

Избранный
46
2
cebheinfo.az

10Источники