RU

Abşeron polisi əməliyyatlar keçirdi: 7 nəfər saxlanıldı –2-si QADINDIR

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.

 

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Araşdırmalar davam etdirilir.


Избранный
73
7
senzor.az

10Источники