RU

“Süni intellekt bir çox ixtisasa təsir edəcək” Təhsil eksperti

ain.az, 525.az portalına istinadən məlumat verir.

““Süni intellekt” ixtisası artıq dövrün tələbidir və bu ixtisasın açılması zəruridir».

Bunu 525.az-a təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, çünki süni intellekt bir çox sahələri əhatə etdikcə, sözügedən sahələrə tələbat artacaq:

“Süni intellekt bir çox ixtisasa təsir edəcək və bəzi mütəxəssislər ixtisara düşə bilər. Bu halda insanlar alternativ fəaliyyət sahəsi kimi kənd təsərrüfatına yönələ bilərlər. Növbəti 10 il ərzində süni intellektin inkişafı ilə paralel olaraq bu sahəyə tələbat artacaq. Bu səbəbdən də kənd təsərrüfatı üzrə yeni ixtisasların açılması məqsədəuyğundur və artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Qida sənayesi istiqamətində də dünyada ciddi tələbat mövcuddur”.

O əlavə edib ki,  əgər süni intellekt orta ümumtəhsil məktəblərində tədris olunacaqsa, bu sahə üzrə müəllimlərə də ehtiyac olacaq. Bu baxımdan “Süni intellekt müəllimliyi” ixtisasının yaradılması məqsədəuyğun ola bilər.

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
95
525.az

1Источники