İranda Yaxın Şərqdə münaqişə başlayandan bəri insan hüquqları ilə bağlı vəziyyət ciddi şəkildə pisləşib. Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından bildirilib. Məlumata görə, bu müddət ərzində ölkədə 21 nəfər edam olunub, 4 mindən çox insan isə saxlanılıb. Həbs edilənlərin əksəriyyətinin siyasi və ya milli təhlükəsizliklə bağlı ittihamlarla üzləşdiyi qeyd olunur.
Məlumata görə, fevral ayının sonlarından etibarən İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hücumlar fonunda vəziyyət daha da gərginləşib.
BMT-nin açıqlamasında o da bildirilib ki, edam olunanlardan ən azı 9 nəfəri 2026-cı ilin yanvar etirazları ilə əlaqədar, 10 nəfəri müxalif qruplarla əlaqədə olmaq ittihamı ilə, 2 nəfəri isə casusluq səbəbilə edam edilib.
Eyni dövrdə 4 mindən çox şəxs milli təhlükəsizliklə bağlı ittihamlarla həbs olunub. Hesabatda regionda davam edən gərginlik fonunda İranda repressiyaların daha da arta biləcəyi ehtimal olunur.
Aydın