RU

Gömrük yoxlanışında dəyən zərərin əvəzi ödəniləcək

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Gömrük yoxlanışında dəyən zərərin əvəzi ödəniləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanları və onların vəzifəli şəxsləri qanunsuz hərəkətləri (hərəkətsizliyi), habelə normativ hüquqi aktlara uyğun olmayan qərarın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə zərər vurulduqda, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etməlidirlər.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
5
qafqazinfo.az

8Источники