“Santos”un hücumçusu Neymar meydandan kənarda maraqlı bir hadisə ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, Argentina mənşəli gənc azarkeşlə görüşüb. Maraqlısı odur ki, həmin uşağın adı da Neymar olub. O, braziliyalı ulduz futbolçunun şərəfinə adlandırılıb.
Futbolçu əvvəlcə buna inanmayıb və zarafat olduğunu düşünüb. Yalnız uşaq şəxsiyyətini təsdiqləyən sənədi göstərdikdən sonra bunun həqiqət olduğuna əmin olub. Məlum olub ki, uşağın tam adı Neymar Sebastyandır.
Bu gülməli və qeyri-adi an qısa zamanda sosial şəbəkələrdə yayılıb və azarkeşlər tərəfindən müsbət reaksiyalarla qarşılanıb.
Heybət