RU

Sabah Simiçlə Puxaç üçün 1 milyon avrodan artıq məbləğ ödəyəcək klub rəsmisindən açıqlama

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Heç şübhəsiz, "Sabah" bu mövsüm "qızıl dubl"a imza atmaq şansına sahibdisə, bunu təkcə baş məşqçi Valdas Dambrauskasın zəngin təcrübəsi yox, həm də düzgün transfer siyasəti sayəsində bacarıb.Bilindiyi kimi, "bayquşlar" bu ilin yanvarında Umarali Raxmonaliyev və Aaron Maluda ilə yeni müqavilə imzalayıb. Bu sözləşmələrin müddəti birinciylə 3, ikinciylə 4 illikdi. Ancaq digər ulduzlar - Velko Simiç və Timoteuş Puxaçla bağlı da həmin addımların atılması zəruridi. İddialara inansaq, Masazır təmsilçisi artıq Simiçin transfer hüququna yiyələnib. Bəs, reallıq necədi? Bu haqda məlumat almaq məqsədilə "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Hər iki futbolçu ilə bağlı məsələ mövsümün sonuna kimi bəlli olacaq. Hər hansı rəsmi anlaşma olsa, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, Simiç "Sivasspor"a, Puxaç "Holştayn"ə məxsusdu. Türkiyə klubu "Sabah"dan 450 min, Almaniya klubu isə 600 min avro tələb edir.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
icma.az

2Источники