İtaliyada keçirilən akademik avarçəkmə üzrə “Paolo d’Aloja” xatirə turnirində iki medal qazanan Azərbaycan avarçəkənləri vətənə qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, yarışda uğurla çıxış edən komandamız 2 mükafatla yadda qalıb. Nurlan Paşayev–Ziya Məmmədzadə dueti 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.
Azər İlyasov isə eyni məsafədə 1 nəfərlik qayıqda mübarizə apararaq üçüncü yeri tutub və bürünc medala sahib çıxıb.