ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb.
Azərbaycan Su İdmanı növləri Federasiyasından verilən məlumata görə, Apennin yarımadasında akademik avarçəkmə üzrə təşkil olunan “Paolo d’Aloja” xatirə turnirində komandamız iki medal qazanıb. Nurlan Paşayev–Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yeri tutub.
Qabil YUSİFOĞLUXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.