ABŞ kəşfiyyat orqanları prezident Donald Trampın müharibədə birtərəfli qələbə elan etməsi halında İranın potensial reaksiyasını araşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, fevral ayında hücumlar başlayandan bəri kəşfiyyat agentlikləri Trampın qələbə elan etməsi və ABŞ qüvvələrini bölgədən çıxarması halında "İranın bunu qələbə kimi görəcəyini" qiymətləndiriblər.
Mənbələrə görə, əgər Tramp ABŞ-ın müharibədə qalib gəldiyini, lakin bölgədə ağır hərbi mövcudluğunu saxladığını desə, İran bunu danışıq taktikası kimi görəcək. Lakin bu, müharibənin sonuna gətirib çıxarmayacaq.