RU

Birinci rübdə Maliyyə Nazirliyi 49 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb  

Bu ilin yanvar-mart aylarında Maliyyə Nazirliyi 49 təşkilatda nəzarət tədbirlərini yekunlaşdırıb.

AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, birinci rübdə nəzarət tədbirləri çərçivəsində 83,7 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib, 2,6 milyon manat vəsaitin isə ilkin maliyyə nəzarəti ilə israfının qarşısı alınıb.

Nəzarət tədbirlərinin 27-si hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 22-si isə plandankənar yoxlamalar əsasında aparılıb.

Избранный
32
3
azerbaijan-news.az

4Источники