525.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp və administrasiya rəsmiləri İranla münaqişədən qaynaqlanan enerji böhranını müzakirə etmək üçün Ağ Evdə Amerika neft və qaz nəhənglərinin liderləri ilə görüş keçirib.
525.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Görüşdə Ağ Evin aparat rəhbəri Syuzan Uayls, maliyyə naziri Skott Bessent, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və sahibkar Cared Kuşner təmsil edib. Korporativ liderlər arasında Chevron şirkətinin baş direktoru Maykl Uirt də olub.
Axios qeyd edir ki, Tramp və ABŞ Konqresindəki respublikaçılar Hörmüz boğazındakı vəziyyətin yaratdığı təchizat çatışmazlığı səbəbindən qlobal neft qiymətlərinin artması nəticəsində ABŞ-da benzin qiymətlərinin artmasının siyasi nəticələrinə hazırlaşırlar. Enerji sektorundakı qeyri-müəyyənlik neft və qaz korporasiyalarına da təsir göstərir.
Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-da benzinin qiyməti çərşənbə axşamı gecəsi qallon üçün 4,18 dollara (litr üçün təxminən 1,10 dollar) yüksəlib ki, bu da 2022-ci ilin avqustundan bəri rekord həddə çatıb. CNN yazıb ki, neft fyuçerslərinin qiymətlərinin artması amerikalılar üçün benzinin qiymətlərinin artmağa davam edəcəyini göstərir.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.