RU

Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldı - Foto

Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü artıq su altında qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov məlumat verib. O bildirib ki, nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.

Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağan yağışların nəticəsidir.

Избранный
50
7
buta.tv

10Источники