RU

Elvin Cəfərquliyev "Sabah"da? - SON DURUM

"Qarabağ"ın daxili intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyevin satışa çıxarıldığı barədə yayılan məlumatlar klub rəhbərliyi tərəfindən təkzib edilsə də, onun yeni mövsümə "Sabah" və "Neftçi" kimi klublarda başlayacağı iddia edilir.
 
Cinah müdafiəçisi üçün Ağdam təmsilçisinə nəinki Azərbaycan, xarici klublar da təklif göndərməyib.
 
Karyerasını məhz "Qarabağ"da davam etdirməyi arzulayan milli üzvünün aqibətinin necə olacağına Qurbanov və klubu qərar verəcək.
 
Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 42 matça çıxan Elvin 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər iki qola UEFA Çempionlar Liqasında imza atıb. (fanat.az)
Избранный
22
3
moderator.az

4Источники