RU

Avtobus avtomobilin üzərinə aşdı 44 nəfər yaralandı

ain.az, Sitat.info portalına istinadən məlumat verir.

Türkiyədə Bartın Universitetinin Kutlubay kampusu önündə sərnişinlə dolu şəhər avtobusu avtomobilin üzərinə aşıb.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən qəza zamanı əksəriyyəti tələbə olmaqla 44 nəfər yaralanıb. Yaralılardan 32-si xəstəxanaya göndərilib.

Bədənlərinin müxtəlif hissələrində yüngül xəsarətlər olan 12 nəfər isə tibbi müdaxilədən sonra xəstəxanaya getməkdən imtina edərək evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
2
sitat.info

3Источники