RU

Allergiya və qripi necə ayırmaq olar? - AÇIQLAMA

"Xəstə bildirir ki, mən ildə üç-dörd dəfə qrip oluram. Əslində bu, heç soyuqlama deyil, allergiya ilə bağlı əlamətlərdir. Yaxından baxsaq və müəyyən qədər diqqət etsək, bunu ayırd etmək çox da çətin deyil. Bu insanlar fikir verməlidirlər ki, soyuqlama gəldiyi zaman ilk olaraq hərarət, üşütmə kimi prodromal dövr olur. Amma allergiyada bu olmur".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva bildirdi.

O əlavə etdi ki, allergiya daha mövsümü xarakter daşıyır, təkrarlanır, daha uzun müddət davam edir:

"Sadə soyuqlamalar 5 gün, 7 gün maksimum çəkirsə, allergiya aylarla davam edir. Əlamətlərə fikir verə bilərlər. Allergiyada asqırmalar daha ard-arda olur, ardıcıllıq təşkil edir. Soyuqlamada isə bu tipdə olmur. Burun axıntısına fikir verə bilərlər. Burun axıntısı daha şəffaf olur, konsistensiyası dəyişməmiş olur. Lakin soyuqlamada rəng dəyişikliyi ola bilər, konsistensiyası dəyişə bilər. Daha sonra gözlərə fikir verə bilərlər. Gözdə qaşınmanın olması allergiya üçün soyuqlamaya nisbətən daha xarakterikdir. Çünki soyuqlamada bəzi hallarda sadəcə qızarıqlıq və sulanma ola bilər. Amma allergiyada həm qaşınma, həm sulanma olur. Bu tip fərqlərlə ayırd etmək mümkündür".

NURİYYƏ

Избранный
49
redaktor.az

1Источники