RU

Azərbaycan ilə Çexiya arasında enerji sahəsində uzun illərə söykənən etibarlı tərəfdaşlıq formalaşıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 aprel, AZƏRTAC

Qarşılıqlı etimada, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çexiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Baş nazir Andrey Babişin Azərbaycana səfəri ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin daha da genişləndiyini aydın şəkildə göstərir. Belə ki, fəal siyasi dialoq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yol açır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

“Əlbəttə ki, yüksəksəviyyəli təmaslar qarşılıqlı etimadı gücləndirməklə yanaşı, iqtisadi və investisiya əməkdaşlığının genişlənməsi üçün də möhkəm təməl rolunu oynayır. Bu xüsusda, Çexiya Baş nazirinin səfərinin mühüm məqamlarından biri iqtisadi əməkdaşlıq məsələlərinin konkret layihələr müstəvisində müzakirə olunmasıdır. Qəbələdə keçirilən biznes-forumda işgüzar dairələrin geniş tərkibdə iştirakı tərəflərin əməkdaşlığa real marağını əks etdirir. Bu platforma yeni biznes əlaqələrinin qurulması, mövcud layihələrin genişləndirilməsi və qarşılıqlı sərmayə imkanlarının dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə deputat vurğulayıb.

Mircəlil Qasımlı qeyd edib ki, dost ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, onun strukturunun əsasını enerji sektoru təşkil edir. Dövlətimizin başçısının mətbuata bəyanatında qeyd etdiyi kimi, əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Bu baxımdan ticarətin daha balanslı və şaxələndirilmiş model üzrə inkişaf etdirilməsi məqsədilə artıq konkret layihələrin icrası nəzərdə tutulur.

Deputat bildirib ki, iki ölkə arasında enerji sahəsində uzun illərə söykənən etibarlı tərəfdaşlıq mövcuddur. Lakin yaxın perspektivdə bu istiqamətdə də yeni layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar var.

“Çexiya Baş nazirinin Azərbaycana səfəri ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişafını nümayiş etdirməklə yanaşı, yaxın perspektivdə əməkdaşlığın birgə layihələr əsasında daha da genişlənəcəyinə əsaslı zəmin yaradır”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
azertag.az

2Источники