RU

“Liverpul”un hədəfindəki müdafiəçi

“Liverpul” “Napoli”nin müdafiəçisini hədəfə alıb.

Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi Neapol klubunun mərkəz müdafiəçisi Sem Byokemanı yaxından izləyir.

“Liverpul”un baş məşqçisi Arne Slot 27 yaşlı futbolçunun bacarıqlarını yüksək qiymətləndirir. Niderlandlı mütəxəssis Byokemanı hələ öz ölkəsində çalışdığı dövrdə də komandasına transfer etməyə maraq göstərib.

Qeyd olunur ki, “Napoli” oyunçu üçün 35 milyon avrodan yüksək olan təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Sem Byokema cari mövsümdə bütün turnirlər daxil olmaqla 30 matçda iştirak edib və 2 qolla yadda qalıb. Müdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Избранный
45
2
msport.az

3Источники