RU

“Sabah” – “Qarabağ” matçındakı qalmaqalla bağlı cəzalar niyə açıqlanmır? - Komitə sədrindən açıqlama

BAKI, 29 aprel. TELEQRAF

Azərbayacan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən və qalmaqalla yadda qalan “Sabah” – “Qarabağ” matçının üzərindən bir həftə keçsə də, AFFA İntizam Komitəsi bu qarşılaşmadakı intizam pozuntuları ilə bağlı qərarları açıqlamayıb.

Teleqraf məsələ ilə bağlı AFFA İK-in sədri Erkin Hüseynovla əlaqə saxlayıb.

Komitə rəhbəri qərarların nəyə görə hələ də açıqlanmadığına belə münasibət bildirib:

“Bəzi epizodlar var ki, onlar araşdırılmalıdır. Çünki qərarı dəqiq və tam vermək lazımdır. Bunun üçün də bəzi görüntülər üzərindən də araşdırmalar aparılır. Proses yekunlaşdıqdan sonra qərarlar ictimaiyyətə təqdim olunacaq”.

“Qarabağ”ın futbolçusu Marko Yankoviçlə matçın baş hakimi Rəvan Həmzəzadə arasında yaşanan gərginlikdən başqa, hansı hadisənin epizodu araşdırılır ki?” sualımıza cavabında isə Erkin Hüseynov “yekunda biləcəksiniz” deməklə kifayətlənib.

“İddialara görə, “Sabah”ın direktoru Ramin Həsənov sözügedən matçın fasiləsində hakimlərin otağına qədər gedib. AFFA İK bu məsələni də araşdırırmı?” sualına isə Komitə sədri “gərək əlimizdə görüntü olsun”, - deyə cavab verib.

Избранный
35
1
teleqraf.com

2Источники