RU

Polşa Müdafiə Nazirliyi: Ukrayna silahların sınanması üçün ideal meydandır

Ukrayna silahlar üçün ideal sınaq meydançasıdır.

Herbiand.az bildirir ki, bunu Polşa milli müdafiə nazirinin müavini Sezari Tomçik PAP-a verdiyi müsahibədə deyib.

O, Ukrayna ilə pilotsuz texnologiyalar sahəsində daha sıx əməkdaşlıq edildiyini açıqlayıb: “Polşa avadanlıqları sınaqdan keçirmək və birgə sənaye potensialını yaratmaq üçün ön cəbhədə Ukrayna təcrübəsindən istifadə etməyi planlaşdırır”.

Tomçikin sözlərinə görə, Ukrayna hazırda xarici ordularla birbaşa əlaqələr sayəsində unikal sınaq meydançasıdır: “Polşada istehsal olunan avadanlıqlar əvvəlcə daxili sınaq meydançalarında, sonra isə real döyüş şəraitində sınaqdan keçirilməlidir. Bu, nəyin işlədiyinin və nəyin işləmədiyinin əsl həqiqi mənzərəsidir”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
52
herbiand.az

1Источники