ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 aprel, AZƏRTAC
Misli Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” (1:5) oyunundan sonra İntizam Komitəsinin qərarları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, ev sahibi komanda azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə 5000 manat cərimə edilib.
Eyni oyunda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirilməsi də qeydə alınıb. Bu pozuntu cari mövsümdə 8-ci dəfə baş verdiyindən klub 8000 manat ziyana düşüb.
Bundan başqa, “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub 7000 manat ödəyəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.