RU

Hörmüz boğazı gərginliyi enerji qərarlarını dəyişdi - BƏƏ-nin OPEC-dən çıxma SƏBƏBİ

Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmaq qərarı ilə bağlı yeni açıqlama yayılıb.

Redaktor.az xəbər verir ki, ölkənin Energetika və İnfrastruktur naziri Süheyl əl-Məzrui bu addımın qismən Hörmüz boğazı ətrafında yaranan məhdudiyyətlərlə bağlı olduğunu bildirib.

Bildirilib ki, BƏƏ dövlət xəbər agentliyi WAM 1 maydan etibarən ölkənin OPEC və OPEC+dən çıxacağını açıqlayıb.

Nazir CNBC-yə müsahibəsində qeyd edib ki, qlobal bazarda tələb-təklif balansı və tədarük məhdudiyyətləri ciddi dəyişikliklər tələb edir və mövcud şəraitdə yeni strategiyaların tətbiqi zəruridir.

O həmçinin vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri qısa müddətdə neft hasilatını artırmaq imkanına malik deyil və regiondakı digər ölkələr kimi mövcud logistik məhdudiyyətlərlə üzləşir.

Əl-Məzrui əlavə edib ki, beynəlxalq enerji bazarları üçün əsas risklərdən biri Hörmüz boğazının bağlanmasıdır və bu marşrutun açıq qalması vacibdir.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
61
1
redaktor.az

2Источники