RU

Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik paradiqmasına can atır

Ankara, 29 aprel, AZƏRTAC

Ortaq keçmişi paylaşan və ortaq gələcəyə baxan xalqların birliyi və qarşılıqlı hörməti regionda ziddiyyətləri dərinləşdirmək və böhranları alovlandırmaq cəhdlərinə ən yaxşı cavabdır. Əminəm ki, region xalqları bir əsrdən çox əvvəl Çanaqqala və Kut əl-Əmər döyüşlərində olduğu kimi, indi də çətinliklərə tab gətirə biləcəklər.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlament fraksiyasının iclasında verib.

Türkiyə lideri xatırladıb ki, 1915-ci ildə Çanaqqala döyüşündə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan insanlar Osmanlı ordusunun sıralarında çiyin-çiyinə döyüşüblər. Prezident Ərdoğan vurğulayıb: “Türkiyə yeni təhlükəsizlik paradiqmasına can atır və kürdlər, ərəblər, türkmənlər və ya farslar arasında heç bir fərq qoymur”.

Dövlət başçısı regiondan kənar aktorların planlarının bir hissəsinə çevrilən hər kəsin hərəkətlərini “minillik tarixə və gələcəyə xəyanət” adlandırıb. Siyasətçi bildirib: “Regionu qan tökülməsinə və xalqları bir-birinə qarşı qoymağa çalışanlara ən yaxşı cavab tək bir divarın kərpiclərinə bənzər birliyimizdir”.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
66
3
azertag.az

4Источники