RU

AFFA Azərbaycan derbisində yaşananlarla bağlı qərar verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, toplantında Azərbaycan Premyer Liqasının 29-cu turunun “Neftçi” – “Qarabağ” oyununda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Ağ-qaralar” azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə 5000 manat cərimə edilib. Ev sahiblərinin fanatları tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” daha 8000 manat cərimələnib.

“Qarabağ” da azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 7000 manat cərimə olunub.

Избранный
43
3
publika.az

10Источники