RU

Xabarovskda generalı partlatmaq istəyiblər Buça qəssabı kimi tanınıb

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Xabarovsk diyarında, Ukraynanın Buça və Andreyevka şəhərlərinin işğalı zamanı Rusiya Ordusunun 64-cü Motoatıcı Briqadasına komandanlıq etmiş qvardiya general-mayoru Azatbek Omurbekova qarşı sui-qəsd cəhdi edilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə "VChK-OGPU"kanalının yaydığı məlumata görə, aprelin 28-də Knyaze-Volkonskoye-1 kəndindəki hərbi qarnizonda generalı partlatmağa cəhd ediblər. Buradakı evlərdən birinin girişində poçt qutusuna bomba qoyulub.

Mənbələrə görə, partlayış nəticəsində təlim rabitə batalyonunun komandiri podpolkovnik Kuzmenko həlak olub, bir neçə nəfər yaralanıb. Omurbekovun vəziyyəti barədə hələlik məlumat yoxdur.

General-mayor Omurbekov 2022-ci ilin yazında polkovnik rütbəsində Kiyev vilayətindəki hərbi cinayətlərinə görə "Buça qəssabı" kimi tanınıb. O, Böyük Britaniya, Aİ və ABŞ-nin sanksiyaları altındadır. ABŞ Dövlət Departamenti öz əsaslandırmasında qeyd edib ki, Omurbekovun komandanlığı altında olan qoşunlar Buça və Andreyevkada mülki şəxsləri öldürüb, döyüb, edamlar təşkil ediblər.

2022-ci ilin aprel ayında Vladimir Putin Omurbekova “Rusiya Qəhrəmanı” ulduzu, 2025-ci ilin iyun ayında general-mayor rütbəsi verib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
azpolitika.info

1Источники