RU

CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş » AzadMedia.az


“CineMastercard” kinoteatrlar şəbəkəsində kult filmin çoxdan gözlənilən davamı — “İblis Prada geyinir 2” təqdim olunur. Sikvel tamaşaçıları yenidən moda, intriqalar və qüsursuz üslub dünyasına qaytarmaqla yanaşı, rəqəmsal dəyişikliklər dövründə karyera, uğur və şəxsi dəyərlərə yeni baxış təklif edir.
2006-cı ildə ekranlara çıxan ilk film dünya üzrə 326 milyon dollardan çox gəlir
əldə edərək milyonlarla tamaşaçının diqqətini cəlb edib və öz dövrünün ən uğurlu
moda dramlarından biri kimi yadda qalıb.

Filmin rejissoru yenidən orijinal ekran əsərinin müəllifi Devid Frenkeldir və bu, layihədə üslubun qorunub saxlanılmasını və tanış atmosferin davamını təmin edir.
Baş rolları yenidən Meril Strip (Miranda Pristli), Enn Hetuey (Endi Saks), Emili Blant (Emili Çarlton) və Stenli Tuççi (Naycel) canlandırıblar.
Hadisələr birinci filmdən bir neçə il sonra baş verir. Qəhrəmanlar yeni çağırışlarla üzləşirlər: moda sənayesi transformasiya mərhələsindədir, ənənəvi media rəqəmsal platformalara yer verir, rəqabət isə əvvəlkindən daha sərt hal alır. Bu dəyişikliklər fonunda personajlar prioritetlərini yenidən nəzərdən keçirməyə və yeni reallığa uyğunlaşmağa məcbur qalırlar.
“İblis Prada geyinir 2” filmi “CineMastercard” kinoteatrlar şəbəkəsində ingilis
dilində (orijinal), eləcə də rus (Azərbaycan altyazıları ilə) və türk dillərində
nümayiş olunacaq.

https://youtu.be/_Zti_HfrjNI?si=7W4mxh7H_FQNFqbB
Избранный
43
4
azadmedia.az

5Источники