

Müəllif
İlhamə Vəliqızı
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ulusum.az-a verilən məlumata görə, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kiloqram 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kiloqram 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kiloqram 150 qram heroin, Gülzadə Əliyevadan 2 kiloqram 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kiloqram 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 17 kiloqrama yaxın artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.
Diqqət Çəkənlər
Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub
Barat Vüsalın 75 illik yubileyinə həsr olunan poeziya gecəsi keçirildi
Süni intellekt və qədim tarixdə kibertəhlükəsizlik çağırışları müzakirə olunub