
Kremlin sözçüsü Dmitri Peskov OPEC+ üzvlüyündən çıxmağı planlaşdırmadıqlarını bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Bu format enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə minimuma endirməyə və bu bazarları sabitləşdirməyə kömək edir”,-o bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 1 may tarixindən etibarən Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və "OPEC+"dan çıxmaq qərarına münasibət bildirən Peskov bunun BƏƏ-nin suveren qərarı olduğunu və buna hörmətlə yanaşdıqlarını deyib.
İlahə Qənbərli
Missiya.Az