ain.az, Modern.az portalına istinadən məlumat yayır.
Çin avtomobil istehsalçıları Avropa avtomobil bazarında mövqelərini sürətlə gücləndirir.
Modern.az-ın xarici mediaya istinadən məlumatına görə, cari ilin mart ayında Çindən idxal olunan qoşulan hibrid avtomobillərin satışları illik müqayisədə 300%-dən çox artaraq rekord həddə çatıb. Nəticədə bu avtomobillər Avropada hibrid avtomobil bazarının təxminən 20%-ni təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin əvvəlində Çin istehsalı olan hibrid avtomobillərin Avropa İttifaqı bazarındakı payı cəmi 2% səviyyəsində olub.
Artım ümumi satışlara da təsir göstərib. Belə ki, mart ayında Avropada Çin avtomobillərinin ümumi satışı illik müqayisədə təxminən 100% artaraq rekord 140 094 ədədə çatıb.
Hazırda Çin avtomobilləri Avropa avtomobil bazarında 9,4% paya sahibdir. Bu isə son iki il ərzində bazar payının təxminən üç dəfə artdığını göstərir.
Mütəxəssislər bildirirlər ki, Çin istehsalçıları bazarda ən əlçatan qiymətə avtomobillər təklif etməklə yanaşı, texnologiya və təchizat baxımından da Avropa brendlərinə sürətlə yaxınlaşır.
Bu fonda Avropa istehlakçılarının Çin avtomobillərinə marağı da sürətlə artır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.