RU

“Azad sahibkarlıq iqtisadi inkişafın əsasıdır”

“Azad

“Azərbaycanda liberal iqtisadiyyatın formalaşması iqtisadi siyasətin və islahatların əsas prioritet istiqamətlərindən biridir və əsas məqsəd iqtisadiyyatın liberallaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsidir”.

Bunu deputat Vüqar Bayramov xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusilə 2023-cü ildə qanunvericiliyin təkmilləşdirilməsi bu sahədə mühüm nəticələr verdi və bu dəyişikliklər rəqabətin müdafiəsi, sahibkarlığın inkişafı, eləcə də iqtisadiyyatın liberallaşması baxımından yeni imkanlar yaratdı:

“Bu baxımdan ən vacib addımlardan biri Rəqabət Məcəlləsinin qəbulu oldu. Eyni zamanda dövlət satınalmaları haqqında yeni qanun, investisiyalar haqqında yeni qanunun qəbulu da iqtisadiyyatın liberallaşmasına xidmət edən hüquqi bazanın formalaşmasına imkan yaratdı. Bu qanunvericilik yenilikləri sahibkarlar üçün daha əlverişli mühit formalaşdırdı və liberal iqtisadiyyatın təşviqini gücləndirdi”.

V.Bayramov qeyd edib ki, bazarın liberallaşması və azad sahibkarlığın inkişafı uzunmüddətli prosesdir və növbəti dövrlərdə də bu istiqamətdə ardıcıl addımların atılması gözlənilir:

“Xüsusilə gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi, kiçik və orta sahibkarların bazara çıxış imkanlarının artırılması, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi əsas prioritetlər sırasındadır. Bu istiqamətlərdə daha çox islahatların həyata keçirilməsi həm iqtisadi fəallığı artıracaq, həm də dayanıqlı inkişafı gücləndirəcək.

Son illərdə azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşması ilə bağlı fəaliyyət daha sistemli xarakter alıb və qarşıdakı mərhələdə də bu prosesin davam etdirilməsi vacibdir”.

Günel Elxan

Избранный
47
xalqcebhesi.az

1Источники