RU

Almaniyada 2028 ci ildən şirin içkilərə vergi tətbiq ediləcək

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 29 aprel, AZƏRTAC

Almaniya hökumətinin çərşənbə günü təsdiqlədiyi səhiyyə sisteminin genişmiqyaslı islahatı çərçivəsində 2028-ci ildən şirin içkilərə vergi tətbiq ediləcək. Məqsəd piylənmə hallarının artmasına qarşı mübarizə aparmaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ildə təxminən 450 milyon avro məbləğində gözlənilən gəlir federal büdcəyə deyil, profilaktik proqramların maliyyələşdirilməsi üçün icbari tibbi sığorta sisteminə yönəldiləcək. Bu proqramlara iş yerlərində sağlamlığın möhkəmləndirilməsi tədbirləri və əhalinin geniş təbəqələrinə fayda verən ictimai təşəbbüslər daxildir.

Rüsumun tətbiqi ilə bağlı detallar, o cümlədən onun dərəcəsi və mexanizmi hələ müzakirə mərhələsindədir. Şirin içkilərə verginin tətbiqi təşəbbüsü şəkərin həddindən artıq istehlakı və bununla əlaqəli xəstəliklərə qarşı daha sərt tədbirlərə artan ictimai və partiyalararası dəstək fonunda irəli sürülüb.

“Forsa”nın fevral ayında dərc olunmuş sorğusunun nəticələrinə görə, almanların təxminən 60 faizi şirin qazsız içkilərə verginin tətbiqini dəstəkləyir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropa İttifaqına üzv dövlətlərin təxminən yarısı da daxil olmaqla, 100-dən çox ölkədə şirin içkilərdən vergi tutulur. Böyük Britaniya və Meksikada aparılmış araşdırmalar göstərib ki, bu cür tədbirlər şəkər istehlakını azalda və diabet kimi xəstəliklərin qarşısının alınmasına kömək edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
azertag.az

2Источники