ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Bir çox hallarda kirayə götürən və kirayə verən arasında problemlərin olduğunun şahidi olmaq olur.
Bəs maraqlıdır, bu problemlərin həlli nədir?
Məsələn, konkret desək, kirayə verənin hansı məsuliyyətləri var?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Rəşad Səfərov danışıb.
O bildirib ki, kirayə münasibətlərində kirayəyə verənin üzərinə düşən əsas öhdəliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə dəqiq müəyyən olunub.
“Qanun kirayəçinin hüquqlarının qorunmasını prioritet hesab edir. Məcəlləyə əsasən, kirayəyə verilən əşya bütün kirayə müddəti ərzində istifadəyə yararlı vəziyyətdə saxlanılmalıdır. Bundan əlavə, həmin əşya müqavilədə göstərilən vəd olunmuş xüsusiyyətlərə tam uyğun olmalıdır. Kirayəyə verən həmçinin təmin etməlidir ki, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəçinin əmlakdan istifadə imkanını məhdudlaşdırmasın və ya tamamilə istisna etməsin. Xüsusilə yaşayış sahələri ilə bağlı daha ciddi tələblər mövcuddur. Yaşayış otaqları və ya insanların istifadə etdiyi digər məkanlar elə vəziyyətdə olmalıdır ki, bu məkanlardan istifadə edənlərin həyatına və sağlamlığına açıq təhlükə yaranmasın”.
Elmar
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.