ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yuxu" adlı ləzzətli desert alt hissəsində peçenye, üst qatlarında isə kremdən ibarət laylar yerləşən şirniyyat növüdür. Bu sıx konsistensiyalı və aromatik şokoladın hazırlanması olduqca sadədir - sadəcə inqrediyentləri düzgün ardıcıllıqla qarışdırmaq kifayətdir.Demokrat.az xəbər verir ki, krem üçün 1 litr süd, 1 stəkan şəkər tozu, 3 xörək qaşığı nişasta, 3 xörək qaşığı un, 1 xörək qaşığı marqarin, 1 paket vanilin və 1 paket toz krem şanti tələb olunur. Bundan əlavə, desertin alt qatı və üst hissəsi üçün də ayrıca məhsullar lazımdır.Alt qat və üstü üçün 3–4 paket kakaolu peçenye, 1 paket şokolad sousu (marketlərdə satılan hazır məhsullardan istifadə etmək olar) və 2,5 stəkan süd kifayətdir. Bəzək üçün kokos yonqarı və kakao qarışığı və ya rəndələnmiş şokolad istifadə oluna bilər.İlk olaraq krem üçün bütün inqrediyentləri dərin bir qazana əlavə edib ocağa qoyun. Qarışığı çırpıcı ilə davamlı qarışdıraraq bişirmək vacibdir ki, dibinə yapışmasın. Qarışıq qaynayıb göz-göz olduqda ocaqdan götürün və marqarin ilə vanilini əlavə edin.Hazırlanan kremi bir qədər soyumağa qoyun. Bu vaxt ərzində peçenyeləri soba qabına və ya desert stəkanlarına düzə bilərsiniz. İlıq kremə toz krem şantini əlavə edib mikserlə çırpın, sonra isə peçenyenin üzərinə tökün.Daha sonra üzərinə yenidən bir qat peçenye düzərək eyni prosesi davam etdirin. Sonda bişirdiyiniz şokolad sousunu üzərinə yayın. Şokolad qatının çox nazik olmamasına diqqət yetirin.Deserti bir qədər kənarda saxlayıb soyuduğundan əmin olduqdan sonra üzərini örtərək soyuducuya yerləşdirin. Servis zamanı üzərinə kokos və kakao qarışığı və ya rəndələnmiş şokolad səpin. Desert bir gecə soyuducuda qaldıqda dadı daha da yaxşılaşır.Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.