RU

Avstraliyada təyyarə anqara çırpılıb

ain.az bildirir, Ayna portalına istinadən.

Qəzada iki nəfər ölüb, bir neçə nəfər yaralanıb

Avstraliyanın şimalında, Adelaida şəhərindəki aerodromda baş verən təyyarə qəzasında iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə “ABC Australia” məlumat yayıb.

Bildirilib ki, dörd nəfərlik “Diamond DA42” təyyarəsi eniş etməyə çalışarkən anqara çırpılıb. Zərbə nəticəsində böyük yanğın baş verib və sonradan söndürülüb.

Polis pilot və sərnişinin öldüyünü bildirib. Qəza zamanı anqarda olan on bir nəfər də yaralanıb.

Yanğın anqarın içərisindəki üç təyyarəyə də ziyan vurub. Yanğına əlli yeddi yanğınsöndürən cəlb edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
ayna.az

1Источники