RU

“Moskva bu siqnalı eşitməlidir...”

...Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiyaya qarşı zərbələrinin məsafəsini artıracaq. Lakin dronlar artıq 1500 km-dən çox məsafədəki hədəflərə çatır.

SİA xəbər verir ki, bu barədə Chartrer97.org Zelenskinin Telegram-dakı paylaşımına istinadən məlumat verib.

Yeni məsafə - 1500 km-dən çox...

Zelenski hazırkı mərhələni “uzunmənzilli sanksiyalar” adlandırıb - Ukrayna silahlarının Rusiyaya qarşı istifadəsində yeni bir istiqamət...

...Birbaşa məsafə 1500 km-dən çoxdur. Biz müvafiq məsafələri artıracağıq və bunlar Ukraynanın Rusiya terrorizminə qarşı tamamilə ədalətli cavablarıdır, - deyə Ukrayna Prezidenti yazıb.

Bu zərbələr nəyə nail olur?

Zelenskinin sözlərinə görə, hər bir zərbə Rusiyanın üç sahədə imkanlarını azaldır:

-hərbi sənaye

-logistika

-neft ixracı.

...Nəticələr hər kəs üçün aydındır. Rusiyanın müharibəyə son qoyması da hər kəs üçün aydındır. Diplomatiyaya keçməyin vaxtıdır və Moskva bu siqnala qulaq asmalıdır, - deyə Ukrayna Prezidenti əlavə edib.

Əli Babayev

Избранный
52
1
sia.az

2Источники