RU

ABŞ İsrail İran xətti üzrə gərginlik bölgədə sabitliyi zəiflədir”

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“ABŞ–İsrail–İran xətti üzrə mövcud gərginlik və danışıqlar prosesi ilə bağlı vəziyyət ürəkaçan hesab edilmir. Ümumilikdə, bölgə artıq böhran mərhələsindədir və qarşıdurmaların dərinləşdiyi müşahidə olunur”.

 Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:

“ABŞ və İsrailin bölgədə apardığı siyasət strateji məqsədlərinə tam şəkildə çatmayıb. Eyni zamanda, ABŞ daxilində gedən siyasi müzakirələr və rəsmilərin açıqlamaları bu nəticələrin müxtəlif cür izah edilməsinə səbəb olur. Bu izahlarda bəzən bölgədə “idarə olunan qeyri-müəyyənlik” anlayışına istinad edildiyi də qeyd olunur.

Lakin bu yanaşma ilə razılaşmayan fikirlər də mövcuddur. Onlara görə, xaosun idarə oluna bilən proses kimi təqdim edilməsi real vəziyyəti tam əks etdirmir. Müharibənin və gərginliyin yaradılmasının daha asan olduğu, lakin onun nəzarətdə saxlanmasının ciddi çətinliklər doğurduğu vurğulanır.

Bölgədəki proseslərin Yaxın Şərqdə siyasi, iqtisadi və enerji balansına təsir etdiyi bildirilir. Danışıqların nəticə verməməsi və yeni mərhələlərin qeyri-müəyyən qalması da vəziyyətin gərginliyini artıran amillər kimi göstərilir.

Eyni zamanda, bəzi analizlərdə gələcək mərhələlərdə qarşıdurmaların daha da kəskinləşə biləcəyi ehtimalı irəli sürülür. Bu çərçivədə enerji infrastrukturunun hədəf alınması riskləri və bunun region ölkələri arasında qarşılıqlı gərginliyi artıra biləcəyi barədə fikirlər səsləndirilir.

Ümumilikdə, mövcud vəziyyətin sabitlikdən uzaq olduğu, regionda siyasi və təhlükəsizlik baxımından qeyri-müəyyənliyin davam etdiyi qeyd olunur”.

Firuzə

 Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
icma.az

1Источники