RU

Bu şəhərdə süni intellektlə işləyən kafe açıldı


Stokholmda tamamilə “Google”ın “Gemini” bazasına aid süni intellekt (Sİ) tərəfindən idarə olunan kafe açılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Digital Journal” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, kafe San Fransisko startapı “Andon Labs” tərəfindən aparılan bir təcrübədir.
Belə ki “Mona” adlı alqoritm menyular, alış-veriş və işçi heyətinə görə məsuliyyət daşıyır.
O, sifarişləri müstəqil şəkildə emal edir, təchizatçılarla qarşılıqlı ünsiyyətdə olur və yeni işçilərlə müsahibə aparır.
O, həmçinin “Indeed” və “LinkedIn”də iş elanları yerləşdirir, telefon müsahibələri aparır.
İndiyə kimi “Mona” iki işçi işə götürüb. Onlardan biri Kaetan Qjelçak əvvəlcə elanın zarafat olduğunu düşündüyünü, lakin süni intellektlə 30 dəqiqəlik müsahibədən sonra işə qəbul edildiyini bildirib.
Ancaq təcrübədə artıq müəyyən problemlər də üzə çıxıb. Belə ki, kafedə satınalma iə bağlı səhvlər qeydə alınıb.
Избранный
52
yeniavaz.com

1Источники