RU

İsmayıllıda ictimai dinləmə: “Sərhədsiz imkanlar”

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “Sərhədsiz imkanlar” adlı ictimai dinləmə keçirilib.

Bu barədə AZƏRTAC-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi ilə birgə reallaşdırılan tədbirdə yerli icra strukturları, qeyri-hökumət təşkilatları və rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, ictimai fəallar, şəhid ailəsi üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər iştirak ediblər.

İştirakçılara ölkəmizdə həyata keçirilən dövlət sosial siyasətinin prioritetləri, inklüziv cəmiyyətin qurulması istiqamətində atılan addımlar və mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Tədbir çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, habelə onun İsmayıllı “DOST Evi” filialında həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Həmin şəxslərə göstərilən sosial pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri barədə məlumat verilib, iştirakçıların rəy və təklifləri fərdi qaydada dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
4
azertag.az

5Источники