RU

4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Təmir-tikinti və dizayn sahəsində fəaliyyət göstərən "Deluxe Constaction" şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin hazırda 1 020 714.49 manat vergi borcu var. 

"Deluxe Constraction” MMC 24 oktyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 manatdır. Şirkətin hüquqi ünvanı Ağcəbədi rayonunun Aran kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Etibar Xasməmməd oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
63
2
qaynarinfo.az

3Источники