RU

Qardaşını döyən 70 yaşlı kişiyə amnistiya düşdü

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samux rayonunda iki qardaş arasında yaranan mübahisəsi sonda cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 26-da rayonun kəndlərindən birində baş verib. 1956-cı il təvəllüdlü Musa qardaşı Əliyə (adlar şərtidir – red) xəsarət yetirib. Buna səbəb Əlinin həmkəndlisi Mahirə hüquqi cəhətdən köməklik göstərməsi olub. Belə ki, Musanın Mahirlə aralarında torpaq sahəsi üstündə davası olub. Musa mayın 26-da, saat 12:30-da yaşadığı kənddə qardaşı Əliyə məxsus fərdi yaşayış evinin darvazasının qarşısında olan küçəyə gəlib və ondan nə üçün Mahirə sözügedən torpaq mübahisəsi ilə əlaqədar hüquqi köməklik göstərməsi səbəbi ilə aralarında yaranmış şəxsi münasibətlər zəmində mübahisə edib. Mübahisə zamanı Əlinin alın nahiyəsinə yumruqla vurub.İş üzrə izahat verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sözügedən cinayət əməlini törədib: “Zərərçəkmiş şəxs mənim qardaşımdır. Qardaşım ilə barışaraq münasibətlərimizi bərpa etmək istəyirəm. Əməlimdən səmimi olaraq peşmanam”.Samux Rayon Məhkəməsinin hökmü ilə “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
demokrat.az

1Источники