Xəbər verildiyi kimi, bu gün Ermənistanın Kotayk rayonunun Arzakan kəndinin ərazisində yerləşən dağ kurortu və sanatoriyası - Agörəndə Azərbaycan iş adamları arasında görüş keçirilib. Görüşdə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iştirak ediblər.
Moderator.az xəbər verir ki, NEWS.am-ın yaydığı məlumata görə, görüşdə erməni iş adamları Samvel Aleksanyan, Sukiasyan ailəsinə məxsus "Ran Oil" şirkətinin direktoru Boris Ovannisyan və başqaları iştirak ediblər.
Görüşdən sonra yola düşən karvanı lentə alınıbb. Azərbaycan Baş nazirinin müavinini onlarla təhlükəsizlik əməkdaşı maşınlarda müşayiət edib.
Qeyd edək ki, Ağörən Kotayk rayonunun Arzakan kəndinin ərazisində yerləşən dağ kurortu və sanatoriyasıdır. İrəvandan 30 km şimalda, Dalar çayının sağ sahilində yerləşir.
Son məlumata görə, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti artıq Zvartnots hava limanındadır və Azərbaycana yola düşməyə hazırlaşır.
S.Laçın