RU

Qırğızıstan Afrika İttifaqında müşahidəçi statusu alıb

QırğızıstanRespublikası Afrika İttifaqında müşahidəçi statusu alıb. Prezidentin mətbuat xidmətinin məlumatına görə, bu barədə dövlət başçısı Sadır Japarov Toqo Baş naziri Faure Essozimna Qnassinqbe ilə birgə brifinqdə bildirib.

Prezidentin sözlərinə görə, bu status cari ilin fevral ayında verilib və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

S. Japarov qeyd edib ki, Qırğızıstan və Toqo artıq BMT və Afrika İttifaqı da daxil olmaqla beynəlxalq və regional platformalarda əməkdaşlıq edirlər.

Prezident vurğulayıb ki, "Qırğızıstan sülhün möhkəmləndirilməsinə, insan hüquqlarına hörmətə və inkişaf etməkdə olan və kiçik dövlətlərin maraqlarının təşviqinə töhfə verməyə çalışır".

Toqo Respublikası Nazirlər Şurasının Sədri Faure Essozimna Qnassinqbe Sadır Japarovun dəvəti ilə Qırğızıstan Respublikasına rəsmi səfərə gəlib. Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

Rəsmi səfər çərçivəsində ölkə rəhbərliyi ilə görüşlər və bir sıra mədəni və sənaye obyektlərinə səfərlər nəzərdə tutulub. 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
46
azerbaijan-news.az

1Источники