RU

ABŞ və İran atəşkəsin uzadılmasına meyillidir – Hakan Fidan

ABŞ və İran atəşkəsin uzadılması məsələsini nəzərdən keçirməyə meyllidirlər.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Vyanada avstriyalı həmkarı Beate Maynl-Rayzinger ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda atəşkəsin uzadılması mühüm məqamdır. Müharibənin yenidən başlamaması bizim üçün vacibdir. Atəşkəs ilk dəfə elan olunanda biz bildirmişdik ki, bir çox mühüm məsələlər üzrə razılaşmaya nail olmaq üçün iki həftə kifayət eləmir. Bizə əlavə vaxt, atəşkəsin uzadılması lazım gələ bilər. Düzünə qalsa, tərəflər də buna meyllidirlər", - deyə o bildirib.

Fidan həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqi də atəşkəs rejiminin uzadılmasını zəruri edir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
46
1
olaylar.az

2Источники