RU

Hakan Fidan: Avropa Birliyində siyasi iradə yoxdur VİDEO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanaya səfəri zamanı Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə federal naziri Beate Meinl-Reisinger ilə görüşüb.Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, birgə mətbuat konfransındakı çıxışda Hakan Fidan Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı siyasi iradəsinin olmadığını və bu problemin aradan qaldırılacağına ümid etdiyini bildirib.Türkiyənin Aİ-yə üzvlük prosesi ilə bağlı sualı cavablandıran Fidan bunları deyib: "Hər hekayənin iki tərəfi var. Bu vacibdir; biz heç vaxt üzvlük şərtləri yerinə yetirilmədən üzv olmaq tələbi irəli sürmədik”.Bu məsələdə topun Aİ-də olduğunu qeyd edən Hakan Fidan açıqlamasına belə davam edib: "Avropa İttifaqında “Türkiyə şərtləri təmin etdiyi zaman biz onun üzv olmasını qəbul edirik” deyəcək bir siyasi iradə yoxdur”.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
1
bizim.media

2Источники