RU

“Bu tədbirlər Heydər Əliyev ideyalarının əməli təbliği baxımından mühüm əhəmiyyətə malikdir”

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumları tərəfindən keçirilən tədbirlər – ağacəkmə aksiyaları, idman yarışları və s. Ulu Öndərə məxsus ideyalarının praktiki şəkildə təbliği baxımından mühüm əhəmiyyətə malikdir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu qəbildən olan tədbirlər Ulu Öndərin ruhuna dərin ehtiram nümunəsi sayılmaqla yanaşı, həm də ölkəmizin inkişafı, tərəqqisi baxımından olduqca mütərəqqi addımlardır:

“Ümummilli Lider hər zaman təbiətin qorunmasına, ekologiyanın yaxşılaşmasına xüsusi fikir verib, öz çağırış və müsahibələrində hər bir vətəndaşı bu məsələdə aktiv olmağa səsləyib. Abşeron iqlimində ağac yetişdirməyin çətinliyini vurğualyan Ulu Öndər, təbiətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsini və qorunmasını hər bir vətəndaşın ictimai və mənəvi borcu olduğunu vurğulayıb.

Ölkəmizdə idmanın inkişafı və kütləviləşməsi də Heydər Əliyevin əsas məqsədlərindən biri olub, Ümummilli Lider bu istiqamətdə bu gün də aktual sayıla biləcək ciddi addımlar atıb. Təkcə bir faktı qeyd edim ki, 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınıb ki, bu da Ulu Öndərin idmanın inkişafına verdiyi önəmi göstərir. Həmçinin, 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılması Ümummilli Liderin idmana olan münasibətinin göstəricisidir. Təbii ki, yüzlərlə bu cür nümunə gətirmək mükündür.

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə bağlı rüspublikamızın müxtəlif bölgələrində ağacəkmə aksiayalarının, idman yarışlırnın keçirilməsi olduqca təqdirəlayqidir. Bütün bu faktlar sübut edir ki, Azərbaycan xalqı, Azəbaycan dövləti Heydər Əliyevin bütün ideyaları kimi bu ideyalarına da sadiqdir və ölkəmizdə təbiəti yaxşılaşdırmaq, idmanı inkişaf etdirmək üçün bütün gərəkli addımları atır.

Əminəm ki, bu ənənə illər, əsrlər bundan sonra da davam edəcək və məlum ənənə respublikamızın çiçəklənməsinə yeni töhfələr verəcək”.

Seymur ƏLİYEV

Избранный
42
1
moderator.az

2Источники