Xəbər verdiyimiz kimi, Bakıda iki nəfər dəm qazından zəhərlənib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.